SİZİN REKLAM BURADA!
055 213 76 73


“Azərsu” ASC torpaq sürüşməsi nəticəsində Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsini dayandırıb.

Bu barədə BAKU.WS-ə qurumdan bildirilib.

Məlumata görə, su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa olunacaq.

“Azərsu” ASC yaranmış narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir”,- məlumatda qeyd edilib.

BAKU.WS