VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 50 000-ci vətəndaş müraciəti qeydə alınıb.

BAKU.WS xəbər verir ki, Yasamal rayon sakini Validə Abbasova DOST-a Sosial xidmət sahəsində göstərilən xidmət ilə bağlı müraciət edib.

O, 6 aydır fəaliyyət göstərən 1 saylı DOST mərkəzinin xidmət göstərdiyi 50 000-ci vətəndaş kimi tarixə düşüb.

DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov vətəndaşa təşəkkürnamə və simvolik hədiyyələr təqdim edib və DOST xidmətlərindən istifadə etdiyi üçün ona təşəkkürünü bildirib.

Qeyd edək ki, mayın 9-da açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün orta hesabla 400 vətəndaş müraciət edir.

2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.

BAKU.WS
QALEREYA