SİZİN REKLAM BURADA!
055 213 76 73


"NTV" televiziya şirkətinin baş prodüseri Timur Vaynşteyn İTV-də yayımlanan 3D proqramında Dadaş Dadaşlinskinin qonağı olub. 

BAKU.WS xəbər verir ki, Timur Vaynşteyn çıxışı zamanı ermənilərin Rusiya telekanallarında ən aparıcı mövqelərdə təmsil olunduğu təqdirdə, Azərbaycan əsilli şəxslərin bu mövqelərdə təmsil oluna bilməməsinə aydınlıq gətirib. 

O, bildirib ki, əsas məsələ insanların öz üzərində işləmələri və əziyyət çəkməklərindədir:

"Vəzifə tutan insanların çoxu Rusiyada anadan olub. Siz dediyiniz insanlardan Rusiyada çox az nümunə tapmaq olar. Əgər kiminsə soyadına görə orada pulun paylandığını fikirləşirsinizsə, ciddi yanılırsınız. Əsas nədir - insanlar oraya gəlib, çabalayıb, əziyyət çəkib və o vəzifələrə özlərinə yol açıblar. Öz istedadları sayəsində...Çox az adam...bilirsiniz, bu bir müsibət məsələ kimi də sayıla bilər!

Çünki Azərbaycanda, qonşu ölkələrdən fərqli olaraq, həyat səviyyəsi kifayət qədər yüksəkdir. Və insanlar sadəcə bunda məna görmür...Murad Dadaşov, məsələn! Mənim dostum, yoldaşım! Azərbaycanda super ulduzdur. Mən özüm də ondan soruşuram, məndən də soruşurlar: Murad niyə Moskvaya veriliş hazırlamağa gəlmir? Axı o, super ulduz ola bilərdi! Murad isə mənə deyir: niyə gedim ki? Özümü çox yaxşı hiss edirəm. 

Mən elə burada işləyib, Azərbaycan televiziyasını qaldırmaq, inkişaf etdirmək istəyirəm. Niyə gedim ki, Moskvaya? Bu da yaxşı sualdır. Çünki bəzi ölklərdən çox insan köçür, necə ki, mən vaxtı ilə 90-cı illərdə köçmüşdüm. Çünki yaşamaq lazımdır, inkişaf etmək lazımdır".
BAKU.WS
VİDEO