SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni, bəstəkar və aparıcı kimi tanıdığımız Murad Arif  İTV-də yayımlanan “3D” proqramında qonaq olub.

BAKU.WS
xəbər verir ki, M.Arif aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandırarkən şou-biznesin çirkab kimi təqdim edilməsinin günahını özəl televiziyalarda görüb:

“Formalaşmaqda olan özəl telekanallar son 10-15 ildə bacardıqları qədər ölkəmin istedadlı, zövqlü insanlarını üz-üzə qoydular. Onların da canında az deyil. Sənət adamları emosional olur. Yersiz məqamda yersiz ifadələr işlədir. Bundan reytinq qazanmaq, öz sosiska-kolbasalarını daha çox satmaq niyyətində olan özəl televiziya institutları bacardıqları qədər sui-istifadə etdilər. Klip saatları çıxarıldı, yerinə qalmaqal verilişləri çoxaldı.

Aygünü, Faiqi, Brilliantı, Zülfiyyəsi mahnı yazıb, klip çıxarmaq həvəsində olmadı. Bu sujetlər çoxaldıqca insanlar belə rəy yarandı: Müğənni içir, ağzına gələni danışır, filan şəkildə özünü təqdim edə bilir və yaxud da təqdim edə bilmir və sairə.

Azərbaycanda “MTV Azərbaycan” olduğu üçün digər özəl kanallardakı verilişlərə getmirəm. 15 il öncə məcbur idim ki, palaza bürünüb, yerlə sürünüm. İndi hər şeyi yenidən başlamaq çətindir. Həmin sujetlərə, xəbərlərə görə, şou-biznes qeyri-ciddi, əyyaşlıq, pozğunluqla sərhədlənən çevrədir”.
BAKU.WS
VİDEO