VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Murad Arif və repçi Ramil Nabran "OPPALARA" mahnılarının klipini təqdim etdilər.

Musiqinin sözləri Murad Arifə, musiqisi isə Ərəb folkloruna aiddir. Klipin rejossoru qismində, Bahh Tee və Assai kimi Rusiyalı artistlərə klip çəkən, Emin Muradov iştirak edib. Muradın dediyinə görə, "İşin keyfiyyəti onun qiyməti haqda təsəvvür yaradır: "Tam açıqlamayacağam, amma söhbət 5 rəqəmli məbləğdən gedir. Mən keyfiyyət üçün simiclik etməyi sevmirəm! Yaradıcılığımın elə bir səviyyəsindəyəm ki, mənə olan tələbatı hər işimlə doğrultmalıyam. Baxış çox maraqlı deyil. Süni artırımları özümə yaraşdırmıram. Əsas məsələ, bir layihənin qazandırdığı işlər, məclislər, dəvətlərdir. Bu nəğmə əyləncəli, sadə və yaddaqalan mövsüm mahnısıdır. Məncə bu yayın əsas hiti olacaq."

Xatırladaq ki, klip 1 gün ərzində 10.000 baxış toplaya bilib.

BAKU.WS