VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Çılğın və lirik mahnıları ilə tanınan müğənni aparıcı Murad Arif bu dəfə fərqli layihəyə imza atıb.

BAKU.WS xəbər verir ki, müğənni günlərdir radiodalğalarda eşidilən “Qızım” mahnısına klip çəkdirərək, onu media əhlinə və sənət dostlarına təqdim etdi.

Murad bu dəfə sadəcə klip təqdim etmədi, həm də insanlara sosial mesaj çatdırmağa cəhd etdi.

Sənətçi dünya ölkələrində olduğu kimi ölkəmizdə də qız uşaqlarının sayının kəskin azalmasından doğan nigarançılığı məhz bu klip vasitəsi ilə izləyicilərə çatdırmaq istədi.

Klipin təqdimat mərasimində də Murad Arif bu mövzuya dönə-dönə müraciət edərək, valideynlərə səsləndi. İfaçı bir valideyn olaraq, uşağın cinsiyyətinin əslində bir o qədər də önəmli olmadığını və tarixən xalqımızın öndəgedən dahi şəxsiyyətlərinin qız uşaqlarına sahiblənməsindən və onların hüquqlarını müdafiə etməsindən danışdı.

Bumerang label şirkəti tərəfindən ərsəyə gələn klipdə ölkənin ən tanınmış və sevilən simaları müxtəlif yaş qrupuna aid olan qızları ilə birlikdə çəkilmişdir. Layihənin rəhbəri Nigar “ Məmmədova, pr manager Rəvan Rəd, operatoru isə Roman Minayevdir.

Rəşad Əliyev
BAKU.WS