SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

BAKU.WS Milli Hidrometeorologiya Departamenti Hidrometeroloji Proqnozlar Bürosuna istinadən xəbər verir ki, havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti təşkil edəcək.

Bakıda gecə 17-19° isti, gündüz  22-24°  isti  təşkil edəcək. Atmosfer təzyiqi 760  mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% olacaq.

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək  çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Günün ikinci yarısında əksər rayonlarda əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz  21-26° isti, dağlarda gecə 7-11° isti, gündüz  12-17° isti təşkil edəcək.
BAKU.WS