SİZİN REKLAM BURADA!
055 213 76 73


Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 30-31 avqust tarixlərində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-35-ci km-də (hər iki istiqamət üzrə) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə BAKU.WS "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən xəbər verir.

Bu üzdən sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
BAKU.WS