Respublikada yeganə ali aqrar təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov daim tələbələr arasındadır. Istər tədris, istərsə də imtahan prosesində tələbələrin problemlərini, təklif və şikayətlərini birbaşa, telefon, facebook vasitəsilə dinləyir. Dərhal qərarlar qəbul olunur, tələbələrin haqlı mövqeləri müdafiə olunur. Semestr imtahanları şəffaf şəkildə təşkil olunub, hər bir tələbə bu prosesdən razı qaldığını bildirir.

 

Rektor İbrahim Cəfərov tərəfindən 2014/2015-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını əla qiymətlərlə başa vuran əyani təhsil forması üzrə 236 əlaçı tələbədən 53 tələbə "2 fevral–Azərbaycan gəncləri günü” münasibəti ilə yeddi gün müddətində respublikamızın Qax və Zaqatala rayonlarının istirahət mərkəzlərinə qış tətilinə göndəriliblər. Bundan başqa, imtahan sessiyasında 100 bal toplayan tələbələrin Aqrar sektorda sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra iş adamlarının dəstəyi ilə 3 fənn üzrə 100 bal toplayan 5 tələbənin hər birinə planşet, 115 tələbənin hər birinə 100 manat məbləğində mükafatlar verilib. Həmin ənənə bu gün də davam etdirilir.


Rektor İbrahim Cəfərov vakant iş yerlərinə qanunverciliyin tələbləri gözlənilməklə, tələbələri işə götürür.


Nəhayət, rektor İbrahim Cəfərovun tələbələr arasında hörmət qazanmasının əsas səbəblərindən biri də onun tələblərlə səmimi və mehriban dost olmasıdır. Onun fəaliyyəti örnəkdir.

 
BAKU.WS