Ötən gün ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev sosial şəbəkədə bildirmişdi ki, Baş Prokurorluq 3 ildən sonra ANS-lə bağlı qərar verib.

BAKU.WS xəbər verir ki, V.Mustafayevin sözlərinə görə, qərarda ANS-in günahsız olduğu bildirilib.

Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi!

Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən ölkəmizin prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi!

Çingiz demişkən: “Heç kim və heç nə unudulmayacaq!”

BAKU.WS həmin məktubu təqdim edir:



Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyasının fəaliyyətinin bərpa ediləcəyi ilə bağlı iddialara münasibət bildirib.
 
N.Məhərrəmli ONA-ya açıqlamasında qeyd edib ki, dünən Baş Prokurorluğun yaydığı məlumat "ANS Müstəqil və Media Yayım Şirkəti"nin fəaliyyətinin bərpası ilə bağlı deyil:
 
"ANS-in yayımı məhkəmə qərarı ilə dayandırılıb. Apellyasiya Məhkəməsinin qərarı ilə ANS-in yayımına xitam verilib. Məsələ bununla da bitib. Belə bir məsələ bizim gündəliyimizdə yoxdur".
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ