SİZİN REKLAM BURADA!
055 213 76 73



Dayanıqlı İnkişafa dair Bakı Forumunda Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli səviyyədə inteqrasiyası və onların icrasının sürətləndirilməsinə dair "Bakı prinsipləri" qəbul edilib.

"Bakı prinsipləri"ndə BMT-nin İnkişaf Qrupu tərəfindən DİM-lərin icrasına dəstək üçün təqdim olunan “İnteqrasiya, Sürətləndirmə və Siyasi Dəstəyi” (MAPS) platformasının tətbiqində Azərbaycanın 2017-ci ilin may-iyun aylarında həyata keçirilmiş MAPS missiyası ilə başlayan təcrübəsinə əsaslanmaq tövsiyə olunur.

DİM-lərin inteqrasiyası və onların icrasının sürətləndirilməsinə diqqət yetirməklə yanaşı, DİM-lərin maliyyələşdirilməsi və onların icrasına dair hesabatların verilməsi məsələlərini də diqqət mərkəzində saxlamaq "Bakı prinsipləri"ndə öz əksini tapıb.

"Bakı prinsipləri" qəbul edir ki, DİM-lərin inteqrasiyası və onların icrasının sürətləndirilməsi çoxillik prosesdir və həm Azərbaycan, həm də BMT tərəfindən uzunmüddətli və ardıcıl əməkdaşlığın təmin olunmasını şərtləndirir.

BAKU.WS