SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Səbail rayonunda, Badamdar şosesindəki sürüşmə zonasının miqyası genişlənir.

BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09-00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə aktivlik gecə boyu davam edib.

Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub. İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir.

BAKU.WS