SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov yeni vəzifəyə təyinat alıb.  

BAKU.WS
modern.az-a istinadən xəbər verir ki, o, Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin rəisi təyin olunub.

R.Mahmudov faktı təsdiqləyib. O bildirib ki, bu gündən vəzifəsinin icrasına başlayıb.

Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olub. 1980-1991-ci illərdə Astara rayonundakı Səməd Vurğun adına orta məktəbi bitirib. 1991-1997-ci illərdə Türkiyə Respublikasındakı 9 Eylül Universitetinin tibb fakültəsində ali təhsil alıb. 1997-2003-cü illərdə Türkiyə Respublikasındakı Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsilini davam etdirib. 2003-cü ildə Türkiyə Respublikasındakı Ege Universitetində Uzmanlıq Diplomu müdafiə edib.

2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi, 2015-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək tibb üzrə elmlər doktoru alimlik dərəcəsi alıb. 2015-ci il Azərbaycan Respublikası Milli Məclisinə (V çağırış) seçkilərdə Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 77 saylı Astara seçki dairəsindən deputat seçilib.

R.Mahmudov bu yaxınlaradək - 2018-ci ilin may ayınadək Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdindəki Bakı Ürək Mərkəzinin rəhəbəri olub. Daha əvvəllər isə Mərkəzi Neftçilər Xəstəxanasında çalışıb.

BAKU.WS