SİZİN REKLAM BURADA!
055 213 76 73



Aerobika üzrə Azərbaycan yığmasının üzvü Balaxanım Əhmədova saçlarını xərçəng xəstəliyindən əziyyət çəkən xanımlara bağışlayıb.

BAKU.WS
xəbər verir ki, bu barədə “Saçın saçım olsun” adlı layihənin rəhbəri Sevinc Məmmədova yazıb: 

"Saçını xəstəlikdən əziyyət çəkən xanımlara bağışlayanlardan biri də aerobika üzrə Azərbaycan yığmasının üzvü Balaxanım Əhmədovadır. Atdığı anlamlı addımla bağlı danışan milli komandamızın idmançısı imkanı olanları bu təşəbbüsə qoşulmağa çağırıb".

B.Əhmədova layihə barədə anasından eşitdiyini deyir: “Anam ölkəmizdə belə bir layihənin həyata keçirildiyini söylədi. Mənim yaxınlarımın içərisində də xərçəng xəstəliyəndən əziyyət çəkən insanlar var. O hissləri çox yaxşı bilirəm. Gözəl analarımıza, bacılarımıza, körpələrimizə kömək etmək imkanını yaxaladığım üçün çox sevincliyəm. İmkanı olan hər kəsi bu təşəbbüsə qoşulmağa səsləyirəm”.

Qeyd edək ki, “Saçın saçım olsun” aksiyasının məqsədi xərçəng və ya digər xəstəliklər səbəbindən saçlarini itirən şəxslərə təbii saçlardan parik hazırlamaqdır. Hazırda layihənin daha geniş miqyas alması üçün reklam xarakterli video çarxının çəkilməsi planlaşdırılır. Bunun üçün kamera önündə öz saçlarını ehtiyacı olan həmcinslərinə bağışlayacaq bir xanıma ehtiyac var. Müraciət etmək istəyənlər bu linkdən məlumat əldə edə bilər.

BAKU.WS