SİZİN REKLAM BURADA!
055 213 76 73


Xərçəng xəstəliyindən əziyyət çəkən aparıcı Zülfiyyə Bayramova yeni fotosessiya etdirib.

BAKU.WSxəbər verir ki, “Mən sizinləyəm!” adlanan fotosesiya məhz onkoloji xəstəlıklərdən əziyyət çəkən xanımlara dəstək olmaq üçün nəzərdə tutulub.

Kimyaterapiya öncəsi saçını qırxdıran ATV-nin "Qanunla biz" verilişinin aparıcısı fotolarda gözəlliyi ilə heyran edib. O, bu bəlaya düçar olan xanımlara səslənərək belə deyib:
 
"Əziz xanımlar, inanın ki, siz hər halınızla gözəlsiz. Yetər ki, buna daxilən inanın və o gözəlliyi qorumaq üçün özünüzdə güc tapın. Gorəcəksiniz ki, doğrudan da hər şey gözəldi. Məhz bu layihə ilə mən demək istəyirəm ki, sizdən biriyəm və sizinləyəm. Bu layihəni həyata keçirməkdə mənimlə bərabər olan hər kəsə təşəkkür edirəm".

Zülfiyyə Qurbanova
BAKU.WS