Millət vəkili Fazil Mustafa gediş haqqı ilə bağlı təklif irəli sürüb. 

BAKU.WS-in məlumatına görə, deputat bu barədə sosial şəbəkədə yazıb: 

"İctimai nəqliyyatın yer üstündə alternativsiz növü sayılan avtobuslara nəzər salıram, içəridə oturan qadınlar əllərində yelpiklərlə, kişilər də yelpik götürmək ayıb sayıldığından cib dəsmalları ilə özlərini sərinlədirlər. Hiss olunur ki, hamının tər dabanlarından axır. Bəhanə edilir ki, avtobusların qapılar tez-tez açıldığından soyuducuların işlədilməsi mümkün olmur. 21-ci əsrdir e...

Bəsit bir nəqliyyatda vətəndaşın rahat daşınma problemini çözmək mümkün olmayıb. Avtobuslarda bir neçə sadə sərinkeşlər yerləşdirib çalışdırmaq da mümkün deyil? Əgər sərinkeş də quraşdırılmırsa, o zaman istiyə görə çəkilən əzabın müqabilində birdəfəlik ödənişləri də 50 faiz aşağı salmaq olmazmı? Necə deyərlər, axıdılan tərin əvəzinə qiymət edirimi kampaniyası".

Abbas
BAKU.WS