SİZİN REKLAM BURADA!
055 213 76 73



"Space" telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan "Onda başladıq" verilişində psixoloq Könül Cəfərova gözlənilməz fikirlər səsləndirib.

BAKU.WS-in məlumatına görə, hüquqşünas Türkel Süleymanlının Milli Qəhrəman Mübariz İbrahimovla 20 yanvar hadisələrində şəhid olmuş İlham və Fərizəni müqayisə etməsi psixoloq tərəfindən etirazla qarşılanıb:

"İlham və Fərizə əsl Leyli və Məcnundur. Biz Mübariz İbrahimovu və İlhamla Fərizəni real qəhrəmanlarımız kimi təbliğ edə bilərik. Fərizə Şəhidlər Xiyabanında güllə dəymədən ölən yeganə şəhidimizdir".

Hüquqşünasın bu fikirlərinə qarşılıq verən psixoloq Fərizəni şəhid saymadığını söyləyib:

"Özünə qəsd etmək şəhidlik zirvəsi demək deyil. İnsan sevgisini içində qoruyub saxlayaraq da yaşaya bilər. Mübariz İbrahimovla İlham və Fərizə başqa mövzulardır. Biz nəyi təbliğ edirik. Kiminsə həyat yoldaşı şəhid olursa, o da intihar etməli deyil ki".

Zülfiyyə Qurbanova
BAKU.WS