SİZİN REKLAM BURADA!
055 213 76 73


Sumqayıtda şəhid şəkilləri sökülür şəhid anaları fəryad edir.

BAKU.WS-in məlumatına görə, Sumqayıt şəhərindən olan və aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan Əbdülməcid Axundov, Şülan Bayramov və Seymur Baxışovun adının əbədiləşdirilməsi üçün bir qrup vətənpərvər gənc tərəfindən hazırlanan və yaşadıqları küçənin girişində qoyulan plakatlar sökülüb. Şəhidlərə qarşı edilən bu hərəkət ictimaiyyət tərəfindən böyük etirazla qarşılanıb.

Qeyd edək ki, şəhid ailələrinin təsəllisi olan bu plakatların kim tərəfindən söküldüyü dəqiq bilinməsə də, şəhid ailələri göstərişin Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən verildiyini iddia edirlər.

Tuncay
BAKU.WS