SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtda bəzi ərazilərdə su olmayacaq.

"Azərsu" ASC-dən BAKU.WS-ə verilən məlumata görə, Xətai rayonu M.Hadi, X.Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 13 iyun 2018-ci il tarixində gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

BAKU.WS