SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Paytaxt Bakıda gizli yol patrulları fəaliyyətə başlayır.

 


BAKU.WS
 ANS TV-yə istinadən bildirir ki, sürücülər bundan sonra yollarımızda xüsusi rəng qrafikası və üzərində yazısı olmayan patrul avtomobillərini görəndə təəccüblənməsinlər.


Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyir ki, məqsəd sürücülərin bütün yollarda yol hərəkəti qaydalarına riayyət etmələrini təmin etməkdir. Bu məqsədlə yaxın vaxtlarda əlavə nəqliyyat vasitələri gətiriləcək:


"Bu gün şəhərdə bir kimsə, yollarda qayda pozuntusuna yol verməzdən əvvəl ilk öncə yol patrullun və ya kameranın olub-olmamasına diqqət edir. Əgər sadalananların heç biri yoxdursa, onda qaydan pozuntusana getsin. Artıq belə qayda pozuntusuna yol vermək istəyən şəxslərin gözü bundan sonra nə patrulu, nə də kameranı axtarmayacaq. Çünki, həmin yol patrulunun, həmin kameranın özü ya onun qarşısında, ya arxasında, ya da yanında ola bilər”.


Bu cür xidmət ilk növbədə sürücülərin yollarda yüksək sürətlə hərəkət edərək təhlükə yaratmalarının qarşısını alacaq. Belə hallarda sürücülərin bir-birinə məlum uzaqvuran işıqları qırparaq qarşıda yol patrul avtomobilinin olması barədə xəbər vermələrinin heç bir xeyri olmayacaq.


Kamran Əliyev deyir ki, sürücülər üzərlərində daim nəzarət hiss etsələr, daha məsuliyyətli olacaq, qaydaları pozmayacaqlar:


"Bu xidmətin aparılması zamanı qayda pozuntuları aşkar olunarsa, həmin yol patrul avtomobillərinin içərisində quraşdırılmış xüsusi çihazlar vasitəsi ilə elektron protokollar tərtib edilir. Əgər həmin şəxsin hərəkətləri digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradarsa, bu halda radiocihaz vasitəsi ilə digər patrulların da həmin əraziyə cəlb olunması və həmin sürüçünün yerində saxlanılması həyata keçiriləcək”.


Şöbə rəisinin sözlərinə görə, bu xidmətin qanuni əsasları da var. "Azərbaycanda "Yol-Patrul Xidməti haqqında Təlimat”ın 3-cü maddəsinə əsasən, yol-patrul xidməti gizli formada da aparıla bilər.


Təlimatda həmçinin qeyd edilir ki, əməliyyat-xidməti nəqliyyat vasitələrilə aparılan nəzarət aşkar, gizli və qarışıq olmaqla üç növə bölünür.


Gizli nəzarət xüsusi rəng qrafikası olmayan əməliyyat-xidməti nəqliyyat vasitələrində, mülki geyimdə olan müfəttişlər tərəfindən, əsasən günün işıqlı vaxtında aparılır.


Bir çox ölkələrdə polislər gizli xidmət növlərini həyata keçirirlər.


Rusiyanın paytaxtı Moskvada da bu ilin noyabrın 12-dən etibarən gizli yol patrulları xidməti fəaliyyətə başlayıb.


Yanvarın birindən bu patrullar bütün Rusiya ərazisində xidmət edəcəklər.

 

 

BAKU.WS