SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsindəki avtomobil yolunda çökmə baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki,  hazırda həmin istiqamətdə yol bağlanılıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinin Baş Dövlət Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli sayta bildirib ki, qurumun əməkdaşları da hadisə yerinə göndərilib: "Məsələ ilə bağlı məlumat veriləcək".

BAKU.WS