Bakılı oğlanlar komandasının məşhur üzvü Bəhram Bağırzadə instagram izləyicilərinə müraciət edib, onlarla görüşmək niyyətinə gəldi!

BAKU.WS-in məlumatına görə. əməkdar artist bu dəfədə seçilməyi bacardı. Bağırzadə sevənləri ilə Muzey Mərkəzinin sərgi qalereyasında bir araya gəlib, onlara aylardır üstündə işlədiyi və min bir əziyyətlə başa gələn fərqli "Art in Boxes" adlı fərdi sərgisini təqdim etdi! 

Bəhram "Art in Boxes" layihəsində yaratdığı əsərləri ilə reallığı məharətlə bədii məkana çevirib, bununla bərabər abstrakt istallyasiyalar deyil, həyatın kiçik epizodlarını da yaradıb.

Bağırzadənin emosialarla, hisslərin toqquşduğu əsərlərlərinə şou sakinləridə biganə qala bilmədilər. Onlar, əməkdar artistin fərqli sərgisinə axın etdilər. Bəhramın əl işlərini yüksək qiymətləndirib, ona təriflər yağdırdılar.

Yanvarın 31-dək davam edəcək sərgidə sənətkarın 111 əl işi ziyarətçilərin ixtiyarına verilib. Əgər Siz də düşünməyə, reallığın sərt çərçivələrindən təcrid olunub, az da olsa fikirlərin sərbəst uçuşlarını hiss etmək istəyirsizsə o zaman yolunuzu Muzey Mərkəzinin sərgi qalereyasında təşkil olunan "Art in Boxes" sərgisindən salın !

Nəzərinizə çatdıraq ki, Əməkdar Artist Bəhram Bağırzadə həm də fotoqraf-rəssam kimi tanınır. O, artıq 10 ilə yaxındır ki, Bakının yüz il bundan öncə çəkilmiş şəkillərindən ibarət kolleksiya toplayır. İxtisasca teatr rejissoru olan Bağırzadə 1992-ci ildən karikatura çəkir.

Rəşad Əliyev
BAKU.WS