Bakı sakinləri üçün əla xəbər! Huawei və Bakcell şirkətlərinin birgə kampaniyası olan "Huawei & Bakcell LTE Campaign” çərçivəsində, paytaxtımızın bir çox avtobus dayanacaqlarında Wi-Fi modemləri quraşdırılıb.
 
Bakılılar və şəhərin qonaqları artıq aksiyadan yararlanaraq, bu ictimai nəqliyyat dayanacaqlarında öz elektron poçtlarını yoxlaya və ya sosial şəbəkələrə daxil ola biləcəklər. Artıq, avtobus gözləyərkən keçirdiyiniz darıxdırıcı vaxtı daha səmərəli istifadə edəcəksiniz və zamanın necə keçdiyinin fərqinə varmayacaqsınız. 

Aşağıdakı dayanacaqlarda pulsuz internetdən həzz alın!

1.Azərbaycan prospekti (Şahmat məktəbi)
2.Təbriz küçəsi ( Təfəkkür universiteti)
3.Haqverdiyev küçəsi (İncəsənət universiteti) 
4.Azadlıq prospekti (Baku Elektronics)
5.Səməd Vurğun küçəsi (Təzə bazar)
6.Şərifzadə küçəsi (İnşaatçılar metrosu)
7.Atatürk prospekti (Gənclik metrosu)
8.Parlament prospekti (Milli Məclis)
9.Z. Əhmədbəyov küçəsi (Nizami metrosu)
10.Məmməd Araz küçəsi (Atatürk pr.)

Əlavə olaraq qeyd edək ki, kampaniya çərçivəsində daha bir aksiya keçirilir. Huawei G620S, Mate7 və ya G7 telefonlarından birini alan hər kəs, telefonun qiymətinin iki mislini il ərzində, Bakcelldən balans kimi əldə edəcək, hansı ki, yalnız danışıq dəqiqələri kimi yox, həm də SMS və internet üçün də istifadə oluna bilər.