AZAL-dan qış aksiyası: İstanbul və Kiyev aviabiletlərinə endirimlər

AZAL-dan qış aksiyası: İstanbul və Kiyev aviabiletlərinə endirimlər
Sosial 2264
18 yanvar 2018-ci il, Bakı – "Azərbaycan Hava Yolları" (AZAL) qış aksiyası çərçivəsində xüsusi endirimlər barədə elan edir.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 2018-ci il yanvarın 18-dən fevralın 28-dək olan dövr ərzində aşağıda göstərilən istiqamətlərə aviabiletlərin qiyməti:Bakı-İstanbul-Bakı – 159 avroİstanbul-Bakı- İstanbul – 179 USDBakı-Kiyev-Bakı – 169 avroKiyev-Bakı-Kiyev – 199 USDQiymətə bütün rüsum və yığımlar daxildir. Uçuş dövrü: 2018-ci il yanvarın 21-dən martın 3-dək.Qeyd edək ki, endirimli qiymətə aviabiletlərin sayı məhduddur. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-dək 1 yer), əl yükü (10 kiloqrama qədər, ölçüləri 55*40*23 sm) və təyyarə göyərtəsində isti yemək daxildir.Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında,www.azal.az saytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək lazımdır. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər aşağıdakı linkdə onlayn qeydiyyatdan keçə bilər. http://ffj2.loyaltyplus.aero/j2loyalty/register.jsf?lang=azAviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz: (+99412) 598-88-80; Azərbaycandan zənglər üçün qısa nömrə: *8880.E-mail: [email protected] AZAL Miles bonus proqramı ilə bağlı sualları ya [email protected] email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər