SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanın paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda anlaşılmaz vəziyyət hökm sürür. Belə ki, 16 370 nəfər əhalisi olan rayonda aptek yoxdur.


BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı modern.az-ın əməkdaşı Xızı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra hakimiyyətindən rayonda aptekin olmadığını təsdiqləyiblər: “Bəli, Xızı rayonunda heç bir aptek yoxdur. İnsanlar dərmana olan ehtiyaclarını Sumqayıtdan və digər yaxın rayonlarda olan apteklərdən qarşılayırlar. Həmçinin, rayon sakinləri dərmanla bağlı Xızı Rayon Mərkəzi Xəstəxanasına müraciət edərlərsə, onlar müəyyən dərmanlarla təmin olunurlar. Rayonun heç bir yerində gizli dərman satışına da icazə verilmir”.

BAKU.WS