SİZİN REKLAM BURADA!
055 213 76 73



Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində xeyriyyəçi dağ yəhudilərinin təşəbbüsü ilə yəhudi muzeyi tikilir.

Muzey Krasnıy Slabodada, “Karçoqi” tarixi sinaqoqunun binasında açılacaq.

Eurasia Diary-nin verdiyi xəbərə görə Krasnıy Slaboda qəsəbəsinin icra başçısı sovet dövründə sinaqoqdan təyinatı üzrə istifadə olunmadığını deyib.

“Bu sinaqoqda bir zamanlar kənd təssərrüfatı məhsulları saxlanırdı. SSRİ dağldıqdan bina təmaimlə baxımsız vəziyyətdə qaldı. Buna görə də muzeyin yaradılması ilə bir tərəfdən muzey üçün məkanın təyin olunması, digər tərəfdən ibadət evinin bərpası üçün imkan yaranıb. Bizə Qod Nisanov, Zarax İliyev və German Zaxaryev kimi xeyriyyəçiliklə məşğul olan şəxslər böyük köməklik göstərib.

Krasnaya Slaboda qəsəbəsinin icra başçısı qeyd edib ki, muzeydə dağ yəhudilərinin tarixini əks etdirən müxtəlif əşyalar nümayiş etdiriləcək.

"Məişət, adətlər, ayinlər, geyimlər - bütün bunlar muzeyin ekspozisiyasında yer alacaq. Muzeyin bədii tərtibatı ilə məşğul olan STMEQİ xeyriyyə fondu ailələrindəki qorunub saxlanmış dəyərli əşyaları muzeyə gətirmələri üçün əhaliyə müraciət edib. Muzey Allahın köməkliyi ilə gələn il açılacaq", deyə Pesax İsakov bildirib.

BAKU.WS