VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Zabrat qəsəbəsindən paytaxta girişdə böyük tıxac yaranıb.

Bu barədə “Qafqazinfo”ya tıxacda qalan sərnişinlər məlumat verib. Xəbərdə bildirilir ki, təxminən 1 saata yaxındır yolda hərəkət tam dayanıb. Sabunçu dairəsindən başlayan tıxacın uzunluğu Zabrata qədər davam edir.

Həmçinin Dərnəgül yolu, Sumqayıt yolu və Qara Qarayev metrostansiyasının ətrafında da hərəkətin dayandığı, böyük tıxacın yarandığı bildirilir.

BAKU.WS