SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəhərin mərkəzi küçələrində, məhəllələrdə yayın bu isti günlərində üfunət iyindən rahat nəfəs almaq olmur.

BAKU.WS-in məlumatına görə, əsas səbəb evlərdən gedən kanalizasiya sularının küçəyə axıdılmasıdır.

Bundan başqa, zibillərin vaxtında daşınılmaması, ev heyvanları üçün tökülmüş yeməklərin günün altında qalıb, iylənməsi də belə acınacaqlı duruma səbəb olur.

Şəhərin ürəkaçan mənzərəsi ilə tərs mütənasib olan bu şərait həm yerli sakinlər, həm də turistlər üçün narahatlıqdır.

Tuncay
BAKU.WS