SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS Azərbaycanda fəaliyyət göstərən restoranlar haqda hazırladığı silsiləvi yazılara daha birini əlavə edir. Bu dəfə sizi dostlarınızla istirahət edə biləcəyiniz bir məkana, "Passage 145"ə virtual səyahət etdirəcəyik.

Yorğun iş həftəsinin yorğunluğunu atmaq üçün dostlarınızla birgə "Passage 145"ə gəlməniz kifayətdir. Rahat məkan, gözəl xidmət, qəlyançıların hazırladığı bol tüstülü qəlyan istirahətinizi daha da maraqlı edəcək.  

Bakının mərkəzində yerləşən "Passage 145" sərin və rahat terrası ilə müştərilərinə ecazkar anlar yaşamaq imkanı vəd edir. Şərqin ən incə detallarını özündə birləşdirən "Passage 145"də şəhərin bol tüstülü, əsl keyfiyyətə malik ən yaxşı qəlyanı hazırlanır. Bu məkanda xanımlara özəl qəlyan pulsuz təqdim olunur.  

İsti yay günlərində barmenlərin hazırladığı buz kimi kokteyllərin dadına baxmaq sərinləmək üçün əla fikirdir. Qeyd etmək istərdik ki, bu məkan həftənin 7 günü, günün 24 saatı müştərilərin xidmətindədir. Aşpazların böyük zövqlə hazırladıqları yeməklər sizi yaxşı mənada təəccübləndirəcək. Restoranımızn doyumlu və dadlı səhər yeməyi, nahar və ya yüngül şam yeməyi süfrəsinə qonaq olmağınız isə sizin seçminizə qalır. Həftəsonu ləzzətli yeməklərdən yeyib, doyunca dincəlmək istəyirsinizsə "Passage 145" sizi günün 24 saatı gözləyir.

Fəvvarələr meydanının yaxınlığında, Nigar Rəfibəyli küçəsi b 37 ünvanında yerləşən "Passage 145"də yer bron etmək üçün +994 51 7000 145 nömrəsi ilə əlaqə saxlamaq kifayət edir.