SİZİN REKLAM BURADA!
055 213 76 73


 

BAKU.WS artıq bir müddətdir ki, maraqlı layihəyə start verib. Belə ki, Azərbaycanda fəaliyyət göstərən, milli və dünya mətbəxinin ən ləziz nümunələrini müştərilərinə təqdim edən restoranlar haqqında silsiləvi yazılar hazırlamağa davam edirik. Növbəti dəfə isə sizə Bakıda 1 nömrəli dönərin hazırlandığı yeganə məkan-"Bayramoğlu"restoranını təqdim edirik. 


Bakı şəhəri Sarayevo 8 ünvanında yerləşən "Bayramoğlu" restoranı geniş, işıqlı və rahat zalları, dadlı, ləzzətli təamları ilə müşətərilərinin xidmətindədir. Restorana gələn hər bir qonağın və onların aldıqları təəssüratların restoran üçün əhəmiyyəti çox böyükdür. Bayramoğlu restoranı öz yeməklərinin yüksək keyfiyyəti və yüksək səviyyəli xidməti ilə bura gələnlərin qəlbini fəth edir. Restoranda türk ustaları tərəfindən hazırlanan yüksək keyfiyyətli dönərləri sizlərə təqdim edilir. Həmçinin restoran qonaqlarını dadlı səhər yeməyi və müxtəlif türk şirniyyatlarından dadmağa dəvət edir.

Bayramoğlu restoranında sizlər üçün müasir interyeri ilə göz oxşayan böyük zal, VİP zal və körpələriniz üçün əyləncə otağı da fəaliyyət göstərir. 

Sizi, burada hökm sürən gözəl ab-havanı hiss etmək və ləzzətli yeməkərdən dadmaq üçün "Bayramoğlu" restoranına dəvət edirik!
 
BAKU.WS