SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət etməsinə baxmayaraq işçi qrupu istidə açıq səma altında çalışırlar. 

BAKU.WS-in məlumatına görə, işçilər Formula 1 Azərbaycan qran prisi zamanı yolların ətrafına qoyulan ağır dəmir və daşları yığışdırıblar. İşçilərin şəkli bu gün saat 13:15-də çəkilib. 

Qeyd edək ki, son günlər havaların kəskin istiləşməsi ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə xəbərdarlıq edib. Məlumata görə, əsas məqsəd açıq havada çalışanları kəskin istilərdən qorumaqdır. Dövlət Əmək Müfəttişliyinin sektor müdiri Emin Allahverdiyev deyir ki, verilən fasilələr işçilərin əmək maaşına təsir edə bilməz. Bundan əlavə, işçilərin gündəlik 8 saatlıq norması gözlənilməlidir. 
 
Xatırladaq ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. 

Tuncay
BAKU.WS