SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Havanın isti keçməsi ilə əlaqədar Bakının marketlərində suyun qiyməti kəskin qalxıb. 

BAKU.WS-in əməkdaşının marketlərdə apardığı müşahidədən aydın olub ki, qazsız suyun qiyməti 35-40 faiz bahalaşıb. Bu özünü xüsusilə paytaxtın mərkəzindəki mağazalarda göstərir.
 
Satışda olan sulardan hər birinin üzərinə 0.30-0.50 AZN pul qoyulub. Məsələ ilə bağlı Bakıdakı topdan satışları ilə əlaqə saxladıq. Aldığımız məlumata görə, suların satışında qiymət artırılmayıb. 
 
Belə çıxır ki, suyun qiymətini marketlər özbaşına şəkildə qaldırırlar.  

Tuncay
BAKU.WS