Aeroport şossesində sürücülər arasında çaşqınlıq yaradan yol nişanı götürülüb.
 
BAKU.WS xəbər verir ki, bu barədə "Avtostop" layihəsinin rəhbəri Tural Yusifli məlumat yayıb. O, bildirib ki, nişan Bakı 2017 üçün ayrıca qoyulub.
 
"Zolaq yığışdırılıb amma nişan qalmışdı. Heç bir əlavə məlumat nişanı olmadığından, bu nişan çaşdırıcı effekt yaratmışdı. Nişan artıq mövcud deyil. Hər kəsə çox sağ ol".
 
Qeyd edək ki, Tural Yusifli bir müddət əvvəl bu barədə video paylaşmışdı. Videodan da göründüyü kimi şossedə göstərilən tabloda olan sürət həddi bir neçə metr sonra qəfil azaldılıb. Belə ki, sürət həddi yolda 100-dən 40-a endirilir.
 
Yəni siz sol 100-lük yolda avtomobillə hərəkət edərəkən qəfil sürəti 60 km. sürət azaltmalısınız. Yeni quraşdırılan yol nişanına diqqət etməyən sürücülər qarşıda radar quraşdırılacağı təqdirdə saatda 60 km sürəti aşıb qayda poza və 250 manat cərimələnə bilər. 
 
Aynur.Ə
BAKU.WS