SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sosial şəbəkədə ermənilərin Azərbaycan dilində fəaliyyət göstərən səhifələri təxribata əl atır.
 
BAKU.WS-in məlumatına görə, Hərbi Media adlı səhifə cəbhədə vəziyyətin gərginləşdiyini və cəbhə bölgəsində yerləşən bəzi ailələrin evlərini tərk etdiyi yazır. Bilərəkdən bu cür təxribat xarakterli məlumatlar yayaraq əhali arasında panika yaratmağa çalışan düşmən artıq bu yola keçib. 
 
Qondarma rejimin məlumatlarını da Azərbaycan dilində paylaşaraq yalan informasiya yayan səhifə artıq böyük narazılığa səbəb olub. Sözügedən səhifənin təxribatlarının qarşısını almaq üçün hər bir vətəndaş da mübarizə apara bilər. Bunun üçün Hərbi Media səhifəsinə daxil olaraq şikayət etməyiniz kifayət edir. 
 
Şahin Həbibov
BAKU.WS