SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Artıq uzun müddətdir "Azərbaycanın AMC" ("Azerbaijan Music Channel") musiqi telekanalının yayımı dayanıb. Kabel televziyası demək olar ki, heç yerdə yayımlanmır. Kanalın yayımının niyə dayandığı isə heç kəsə bəlli deyil.

BAKU.WS-in məlumatına görə, MTRŞ-ının Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Mətbuat.az bildirib ki, bu məsələnin səbəbi ilə bağlı heç bir məlumatları yoxdur:

"Açığını deyim ki, bu haqda heç bir məlumatım yoxdur. Səhv eləmirəmsə, AMC kabel televiziyasıdır. Bizim lisenziya verdiyimiz kanal deyil".

Kanalın mətbuat xidməti ilə əlaqə saxlamaq isə mümkün olmadı.

Lakin iddia olunur ki, AMC kanalı yaranan texniki problemlərə görə ölkədə yayımlana bilmir. 
 
BAKU.WS