SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Türkiyədən müayinədən qayıdan Xalq artisti Rafiq Hüseynov həkim nəzarəti altında müalicə olunur.

BAKU.WS bildirir ki, Yeniçağ.az-a açıqlama verən xalq artisti Rafiq Hüseynov bir ağciyərlə yaşamağın çətin olduğunu deyib:

"Türkiyədən müayinədən qayıtdım. Onkoloji xəstəliyimlə bağlı vəziyyət dəyişməyib. Üstəlik, başqa xəstəliklər də üzə çıxıb. Gələndən yorğan-döşəkdəyəm. Ayaqlarım tutulub, yeriyə bilmirəm, bir yandan da təngnəfəslik məni əldən salıb; havam çatmır, boğuluram”.

Diktor xəstəxanada müalicə olunmamasına belə aydınlıq gətirib:

"Çoxdan idi ki, məndə bel yırtığı vardı. İndi xəstəlik daha da irəliləyib. Ümumiyyətlə, bu xəstəliyin çarəsi yoxdur. Evdə həkimlərin nəzarəti altında dava-dərman qəbul edirəm. Bundan belə kim məndən soruşsa, "yaxşıyam” deyə bilməyəcəm, çünki artıq pisəm”.

Xatırladaq ki, məşhur diktor ağciyər xərçəngindən əziyyət çəkir.

BAKU.WS