SİZİN REKLAM BURADA!
055 213 76 73



"Azərsun" 12 min əməkdaşının məvacibini 10-20% artırıb.
 
Bunu BAKU.WS-ə açıqlamasında şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinion rəhbəri Afiq Səfərov bildirib. Onun sözlərinə dolların məzənnə qiymətinin geriləyərək sabitləşməsi məhsulların qiymətlərinə edilən endirimlərlə bərabər əməkdaşların da maaşına öz təsirini göstərib.
 
"Manatın rəsmi məzənnəsinin stabilləşməsindən sonra "Azərsun"da çalışan əməkdaşların maaşları 10-20% artıb. Nəzərə alsaq ki, "Azərsun"da 12 min insan işləyir bu böyük məbləğdir".
 
Şirkət rəsmisi onu da əlavə edib ki, manatın rəsmi məzənnəsinin dollara nisbətən 10% möhkəmlənməsi "Azərsun"nun yalnız zərərini azaltmağa kömək edir.
 
"Bizim son qiymət tənzimləməmiz 1.55 AZN olduğu hədd üçün nəzərdə tutulmuşdu. Son olaraq bu stabilləşmə ilə bizim zərərimizin miqdarı azalıb. Manatın sabitləşməsi hazırda yalnız şirkətin zərərini azaldır hələ ki, gəlirə keçim olmayıb".
 
Əldə etdiyimiz məlumata görə, "Azərsun" əməkdaşlarının maaşında kəskin artım olub. "Azərsun"da işçilərin 600-10000 civarında əməkhaqqı aldığını nəzərə alsaq maaşların 150 manatdan 2000 manatda qədər artdığı qənaətinə gəlmək olar.
 
Aynur Ələkbərova
BAKU.WS