SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azərsun holdinq” istehsal etdiyi məhsulların bahalaşmasını dolların bahalaşması ilə idxal məhsullarının qiymətinin artması ilə izah edib.
 
Bu barədə fins.az-a şirkətin mətbuat xidmətinin rəhbəri Afiq Səfərov bildirib: «Dolların bir ay əvvəlki qiyməti ilə indiki arasında 20 faiz fərq  yaranıb.  Biz xammalın bir hissəsini xaricdən alırıq. Ona görə də xammalın qiymətləri bahalaşıb.  Ona uyğun olaraq istehsal olunan məhsullar da bahalaşmalıdı».

Şirkət rəsmisi iddia edir ki, şirkətin məhsullarında bahalaşma 2-3%, bəzi mallarda 5%-dən artıq deyil. Ancaq  bəzi məhsullar da 15-20 faiz bahalaşma olub.
«Azərsun» nümaynədəsi qiyət artımının digər səbəbini mağazaların qiymətləri özbaşına qaldırması ilə izah edib. Onun sözlərinə görə, şəhərin mərkəzində yerləşən mağazalar icarə haqqı və digər yüksək xərclərini qarşılamaq üçün qiymətləri artırırlar. 

Şirkətin öz qiymətlərinə limit tətbiq etməsi bunun qarşısını ala bilərdi. Amma «Azərsun»da belə limit yoxdur: «Azərsun»un məhsullarına konkret qiymət limiti tətbiq edilmir. Bu səbəbdən də marketlər həmin məhsullara öz faizlərini də tətbiq edirlər. Onlar da öz xərclərini hesablayaraq məhsullara fərqli qiymət tətbiq edirlər. Biz buna müdaxilə edə bilmərik». 
 
BAKU.WS