SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
"Ötən il aprelin əvvəllərində ermənilərin cəbhənin təmas xəttində törətdiyi təxribatlara layiqli cavab verdik. Əldə etdiyimiz qələbə düşmənə ordumuzun gücünü göstərdi".

BAKU.WS xəbər verir ki, bu sözləri AZƏRTAC-a aprel döyüşlərinin iştirakçısı, Astara sakini İbrahim Şərbətzadə bildirib.
 
İ.Şərbətzadə deyib: "Aprel döyüşləri başlayanda Tərtər rayonunda ön xətdə "N" saylı hərbi hissədə xidmət edirdim. Aprelin 2-də düşmən təxribatının qarşısını uğurla alan bölüyümüz əks-hücumla Talış kəndi yaxınlığında yerləşən strateji əhəmiyyətli yüksəklikləri azad etmək uğrunda döyüşlərə qoşuldu. Tankların müşayiəti ilə bölmələrimiz yüksəklikdəki düşmən mövqelərini darmadağın etdi. Talış kəndi yaxınlığındakı yüksəkliklər ordumuzun nəzarətinə keçdi. Döyüş zamanı iki şəhid əsgərimizin nəşini düşmən atəşinin altından çıxardıq, bir yaralı zabitimizi isə xilas etdik.".

Aprel döyüşlərinin ordumuzun peşəkarlığını göstərdiyini qeyd edən İ.Şərbətzadə işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda hər an Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini gözlədiyini diqqətə çatdırıb.

BAKU.WS