VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Regionlardan paytaxta avtomobillərin girişinə məhdudiyyət qoyulması Yanacaq Doldurma Məntəqələrinin (YDM) gəlirinə mənfi təsir edib.

BAKU.WS-in məlumatına görə, 15 sentyabr tarixindən etibarən səhər saatlarından Bakıya girişə qadağa qoyulduğu üçün rayon qeydiyyatlı avtomobillər şəhərə daxil ola bilmir. Yol polisi əməkdaşları da paytaxta gələn avtomobillərin sayının kəskin azaldığını bildirirlər.
 
BAKU.WS benzin istehlakçılarının sayının azalması ilə bağlı yanacaq doldurma məntəqələrinin işçiləri arasında sorğu keçirib.

Kiçik araşdırmadan sonra məlum olub ki, YDM-ləri ziyarət edən avtomobillərin sayı gözə çarpacaq dərəcədə azalıb. YDM operatorlarından bəziləri hətta iddia edir ki, gəlirlər demək olar 30 faizə qədər azalıb. 

"Azərbaycanın regionlarından Bakıya gələn avtomobillərin sayı xeyli azalıb. Əvvəlki dövrdən fərqli olaraq indi Bakı küçələrində olduğu kimi YDM-də də sıxlıq azalıb. Sözsüz ki, tıxacların azalması əhali üçün əla xəbərdir, amma YDM-lər üçün bu, heç də arzuolunan deyil", - deyə operator BAKU.WS-in əməkdaşı ilə söhbətində deyib.

Rayon qeydiyyatlı avtomobillər Bakıda daha gecə vaxtları üstünlük təşkil edir. Xüsusi olaraq YDM-lərdə həmin saatlarda dizel yanacağına tələbat artır. 

Tofiq Babayev
BAKU.WS