SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Avtomobildə ilkin tüstülənmənin qarşısı alınmasa avtmobil ilk 10 dəqiqədə yanaraq tamamilə yararsız vəziyyətə düşə bilər.
 
BAKU.WS xəbər verir ki, bunun qarşısını almaq üçün hər bir avtomobildə kiçik həcmdə belə olsa yanğınsöndürmə balonunun olması vacibdir. Avtomobillərdə yanğın əsasən onlardakı elektrik avadanlıqlarına müdaxilələr zamanı baş verir. Məsələn avtomobilə səsgücləndirici, müxtəlif növ siqnallar, işıqlar və digər elektrik cihazları yerləşdirilir ki, bu da naqillərin həddindən artıq yüklənməsinə və yanğına yol açır. Lakin təcrübə onu göstərir ki, maşın normal istismar olunduqda hətta qəzalar zamanı qısa qapanma nəticəsində yanğın baş verə bilər.
 
Ekspert Cavid Əsədov bildirib ki, hətta təzə avtomobillərdə nəmlikdən və yaxudda daşlı yollarda hərəkət zamanı naqillərdə zədə yarana bilər və ani qığılcımdan maşın alışar.
 
Yanğın zamanı ilkin qığılcım və tüstülənmə 5 dəqiqə çəkir. Kiçik sahədəki alovdan sonra şiddətli yanğın baş verir. Bu cür tüstülənmələrin qarşısını isə avtomobildə olan kiçik yanğınsöndürən balonları ilə almaq mümkündür.
 
ARB TV-yə istinadən geniş reportajı sizə təqdim edirik:
 
Aynur Ələkbərova
BAKU.WS