VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İmişlidə qəfildən başlayan yangın sakinləri təvişə salıb. 2 mərtəbədə başlayan yangın yuxarı mərtəbələrə də təhlükə yaradıb.

BAKU.WS məlumat verir ki, yanğın hadisəsi saat 7.50 radələrində T.İsmayılov küçəsində yeni inşa edilmiş binanın 2-ci mərtəbəsində baş verib. Elçin Kazımovun kirayədə qaldığı 140 kvadratmetr ərazisi olan 4 otaqlı mənzildə baş verən yağın güclü tüstü ilə müşayiət olunub.

Hadisə yerinə gələn İmişli Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi yanğını söndürüb. Yanğın zamanı tüstüdən boğulma təhlükəsi ilə üzləşən yuxarı mərtəbədəki mənzildən ana və azyaşlı uşağı yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın nəticəsində 20 kvadratmetr sahəsi olan bir otaq əşyalarla birgə yanıb. Yanğın binanın fasadına ciddi ziyan vurub.

Yanğına elektrik xətlərində baş verən qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS