SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyada tanınmış və Azərbaycanı tanıdan 10 azərbaycanlı ilə siz də tanış olun. 

BAKU.WS sizin diqqətinizə bütün dünyada tanınan və sevilən azərbaycanlılardan ibarət seçməni təqdim edir. Bu insanlarla biz həqiqətən də qürur duya bilərik! Onlar öz vətənlərini Azərbaycanı həmişə şöhrətləndiriblər və buna davam edəcəklər. 
 

 

Rəşid Behbudov (14 dekabr 1915 - 9 iyun 1989) – sovet və azərbaycan estrada-opera müğənnisi, aktyor (lirik tenor). Gürcüstanın paytaxtı Tiflisdə (indiki Tibilisi) Şuşadan olan tanınmış xanəndə ailəsində anadan olub. SSSR-nin xalq artisti, sosialist əməyi qəhrəmanıdır. 

 

Lütfi-Zadə - azərbaycanlı riyaziyyatçı. Qeyri-səlis  çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyələrinin banisi. Kaliforniya universitetinin (Berkli) professoru. 4 fevral 1921-ci il tarixində Azərbaycanda, Novxanı qəsəbəsində dünyaya gəlib. 

 

 

Müslüm Maqomayev - (17 avqust 1942- 25 oktyabr 2008) – Sovet, Azərbaycan və Rusiya opera-estrada müğənnisi (bariton), bəstəkar. SSSR-nin və Azərbaycanın xalq artistidir. Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Flarmoniyasının adını daşıdığı Müslüm Maqomayev Azərbaycan klassik musiqisinin bünövrəsini qoyanlardan biri Abdul Maqomayevin nəvəsidir. 
 

 

Vaqif Mustafazadə (16 mart 1940 - 16 dekabr 1979) – məşhur Azərbaycan caz bəstəkarı və pianoçusudur. Vaqif Mustafazadə cazda yeni cərəyan olan - caz muğamın yaradıcısıdır. Bakı şəhərində, tibbi xidmət mayorunun ailəsində dünyaya gəlib. 

 

Əzizə Müstafazadə – məşhur caz ifacısı və bastəkarıdır. Cazmen Vaqif Müstafazadənin qızıdır. 19 dekabr 1969-cu ildə Bakı şəhərində dünyaya göz açıb.  
 

 

Tofiq Bəhramov - (29 yanvar 1926 - 12 oktyabr 1993) - sovet, Azərbaycan futbol hakimi. O futbol üzrə Dünya Çempionatını və Avropa kuboklarının final oyununu idarə edən ilk sovet futbol hakimi olub. Azərbaycanın Ağcabədi rayonunda dünyaya gəlib.
 

 

Mübariz Mənsimov – Azərbaycan və türk sahibkarı, mesenat. "Palmali" gəmicilik şirkətlər qrupunun yaradıcısı və sahibidir. 22 martda 1968-ci ildə Masallı rayonunda fəhlə ailəsində doğulub.  
 

 

Çingiz Abdullayev – Sovet və Azərbaycan yazıçısı. Azərbaycanın xalq yazıçısı, Yazıçılar Birliyinin katibi. Müasir dünya ədəbiyyatında o sözsüz ki, siyasi detektiv janrının ustalarından biridir. 7 aprel 1959 –cu il Bakı şəhərində dünyaya göz açıb. 

 

İsfar Sarabski – pianoçu, bəstəkar. 2009-cu ildə "Montrye” caz festifalının qalibi olub. Azərbaycan respublikasının əməkdar artisti (2010), "Zirvə” dövlət mükafatı laureatıdır (2010). 2 noyabr 1989-cu ildə Bakıda doğulub.  

 

Zabit Səmədov  - Azərbaycanlı kikbokscu, "Axmat" kik-boksinq klubunun rəhbəri. 21 iyun 1984-cü ildə Gürcüstanın Candari kəndində doğulub.  

Arzu Mirzəyeva
BAKU.WS