SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
İnternet vasitəsi ilə oynanılan bir kompüter oyunu, ötən 6 ay ərazində qeydə alınan 130 gəncin intiharı ilə əlaqəsi olduğu üçün araşdırılır. "Mavi Balina" adlı oyunda istifadəçilər 50 təlimat yerinə yetirmək məcburiyyətindədirlər.

Fotodakı 16 yaşlı qız Veronika Volkovanın İrkutsk bölgəsində intihar etdiyi bildirilir.
 
Veronikanın rəfiqəsi olan 15 yaşlı Yulia da intihar edən gənclərdən biridir və intihar etməzdən əvvəl sosial şəbəkə səhifəsinə "Son" yazdığı və bir mavi balina fotosu paylaşdığı təsdiqini tapıb. Veronika da sosial şəbəkə səhifəsinə "Duyğular itkin ... Son", deyə bir qeyd yazdıqdan sonra intihar etmişdi. Bundan öncə etdiyi paylaşımlarda da "Yavaş-yavaş heç bir işə yaramadığınızı hiss edirsinizmi?", "Mən yalnız bir xəyalam" kimi kədərli cümlələr də yazdığı məlum olub.
 
BAKU.WS-in Milli.Az-a istinadən verdiyi xəbərdə bildirilir ki, "Siberian Times" qəzetinin məlumatına xəbərinə görə, hadisədən 2 gün əvvəl Çita şəhərində yaşayan 14 yaşlı qız da, özünü qatarın önünə ataraq həyatına son qoyub. Polis araşdırmadan sonra bu intiharın da "Mavi Balina" adlı kompüter oyunu ilə əlaqəsi olduğunu təsdiqləyib.

Maraqlısı budur ki, 2015-ci ilin noyabr,  2016-nın aprel ayları arasında meydana gələn 130 intihar hadisəsi eyni internet qruplarına mənsub gənclər arasında qeydə alınıb. Bu gənclərin hamısı iqtisadi olaraq yaxşı səviyyədə olan ailələrin övladları idi. Rus Araşdırma Komitəsi Yulia və Veronikanın ölümləri ilə əlaqədar "intihara sövq" ehtimalı ilə araşdırma başladıb.
Sosial şəbəkədə intihar oyunu olaraq adlandırılmağa başlanılan bu oyunun yaradıcısı olduğu iddia edilən 21 yaşlı Filip Budeik 8 fərqli intihar meylli qrup yaratmaq iddiası ilə həbs olunub.

İddialara görə, "Mavi Balina" oyununda oyunçular müəyyən təlimatları yerinə yetirirlər və bunlardan bəziləri intihara qədər gedə bilir.

Rus saytlarında çıxan iddialara görə, bu oyun gənclərin beyinlərinə intihar toxumlarını əkir. Məsələn oyunda yaxınlaşan bir qatar göstərilir və "Bu dünya bizim üçün deyil" cümləsi ekranda meydana çıxır. Bundan əlavə oyunda bir binanın damına çıxmış gənclərin fotolarının altında "Biz ölü bir nəslin uşaqlarıyıq," cümləsi qeyd edilir.

Oyunun sosial şəbəkə səhifəsi istifadəçilərinə "Özünüzü nə vaxta kimi darıxdırıcı gün yaşamağa məcbur edəcəksiniz?" kimi suallar da verir.

Onlardan bütün gün qorxu filmləri izləyib gecə 4.20-də oyanmaları və oyunun 50-ci günündə öz canlarına qəsd etmələrinə yol açacaq tələblər qoyulur.

Arzu Mirzəyeva
BAKU.WS