SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Serqey Lavrov: " Rusiya dövləti belə hesab edir ki, Xəzəryanı ölkələrin xarici işlər nazirləri ilə baş tutan bu görüşdə Xəzər dənizinin statusu barədə ortaq bir qərara gəlmək mümkün olacaq.”

BAKU.WS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərdə bildirilir ki, bu gün Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovla Rusiya Federasiyasının xarici işlə naziri Serqey Lavrov arasında  görüş keçirilib.  

"Xəzər problemləri haqda ətraflı danışdıq. Belə hesab edirəm ki, Xəzəryanı ölkələrin xarici işlər nazirləri ilə baş tutan bu görüşdə  Xəzər dənizinin statusu barədə konvensiyası və Qazaxıstanda keçiriləcək növbəti Xəzər sammitində iştrak etmək üçün dövlət başçılarına bir sıra digər sənədlərin hazırlaması prosesi yekunlaşacaq." – deyə Lavrov Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə baş tutan görüşdən sonra təşkil edilən mətbuat konfransında bildirib.  

Arzu Mirzəyeva
BAKU.WS