VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Moskva Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə gələcək addımları daha dəqiq müəyyənləşdirməyə ümid edir.

BAKU.WS xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə deyib.

Onun sözlərinə görə, münaqişənin nizamlanması prosesi davam edir və Rusiya Prezidenti danışıqlar prosesindən məmnundur.

S.Lavrov qeyd edib ki, məhz Rusiya Prezidentinin tapşırığı ilə Yerevana səfər edib və hazırda Bakıdadır: "Ümid edirik ki, bugünkü görüş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək addımları daha dəqiq müəyyənləşdirməyə imkan verəcək”.

O əlavə edib ki, Rusiya və Azərbaycan arasında münasibətlərdə ikitərəfli gündəlik çox sıxdır.

Nazir, həmçinin hökumətlərarası komissiyanın iclası və sentyabrda Bakıda keçiriləcək humanitar forum daxil olmaqla, qarşıdakı tədbirləri vurğulayıb: "Biz bütün istiqamətlərdə əməkdaşlığın inkişafında maraqlıyıq”.

Astanada keçiriləcək Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasına toxunan nazir deyib ki, tərəflər səyləri davam etdirəcək və nəticə əldə etməyə çalışacaqlar.

S.Lavrov Rusiya Prezidenti Vladimir Putinin salamını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırıb.
 
BAKU.WS