SİZİN REKLAM BURADA!
055 213 76 73


Təzəpir məscidinə qadın dini ayinlərin icraçısı seçiləcək, 59 namizəd var.
 
Bu barədə BAKU.WS-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
 
Bildirilib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçirilən ilk müsahibənin nəticələri açıqlanıb. İyulun 1-də yekunlaşması nəzərdə tutulan müsahibə prosesində qadın dini ayinlərin icraçısı vəzifəsi üçün bir vakant yer üzrə müraciət edən 59 namizədin seçimi aparılacaq. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Dini Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha qadın dini ayinlərin icraçısı vəzifəsinə təyin olunacaq.
 
Müsahibənin iyulun 2-6-da keçiriləcək mərhələsində isə 6 vakansiya (imam və imam müavini) üzrə 126 namizəd arasında seçim aparılacaq.
 
Qeyd edək ki, hazırda seçimləri aparılan vakant vəzifələrə namizədlərin sənədlərinin qəbulu ötən il dekabrın 13-dən bu il yanvarın 13-dək həyata keçirilib.
BAKU.WS
QALEREYA