Bakıda mobil telefonların qiyməti kəskin ucuzlaşıb. Ötən il qiymətləri kəllə-çarxa çıxan telefonlar hazırda nisbətən ucuz qiymətə müştərilərə təklif olunur.

BAKU.WS-in Azvision.az-a istinadla verdiyi məlumata görə, telefon satışı ilə məşğul olan İsmayıl Əhmədov əməkdaşımıza bildirib ki, "Samsung” və "iPhone” markalı telefonların qiyməti daha çox ucuzlaşıb.

Satıcının sözlərinə görə, son günlər telefon bazarında qiymətlər hiss ediləcək dərəcə aşağı düşüb. Belə ki, "iPhone” modelləri 50-100 manat endirimlə satışa çıxarılıb.

"Samsung”un ən çox üstünlük verilən "J” versiyası 450-580 AZN-ə alıcılara təklif olunur. Digər modellərdə də qiymətlərin dəyişdiyi bildirilir.

"Samsung”un müxtəlif modellərinə minmum 20-30 manat endirim tətbq edilib. Nisbətən bahalı telefonların qiymətləri 50 manatadək aşağı salınıb.

Satıcılar hesab edirlər ki, qiymətlərin ucuzlaşması bazarda canlanmaya səbəb olub. Əvvəlki günlərlə müqayisədə alıcılıq qabiliyyəti yüksəlib. 
 
BAKU.WS