SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Doğma diyar Azərbaycan həmdə qəhrəmanlar ölkəsi deyilir. Bu söz bu ölkə üçün əbəs yerə deyilməyib. Bizim torpaq, vətən, ölkə yarandığı gündən qəhrəmanlar yetişdirib. Belə qəhrəmanlarımızdan biridə Azərbaycanın 20-ci əsrin sonlarında yaşadığı böyük sarsıntılardan biridə Qarabağ müharibəsi idi. Ermənilərin Azərbaycanlılara xüsusəndə bu diyarın gözəl guşəsi olan Qarabağa etdikləri təcavüzlər bir çox cəsur oğulları torpağının müdafiəsinə qaldırdı. Belə oğullardan biridə Leytinant mayor Bayramov Ramizdir. O, 1992-ci il Şuşada şəhid olub müharibədə etdiyi şücaətləri, qəhrəmanlıqları hələdə bir çox döyüş yoldaşları fəxrlə danışır. Ramiz şəhid olanda ailəli idi və onun artıq bir övladı dünyaya gəlmişdi lakin o bütün bunlara baxmayaraq torpağı üçün canından keçməyi seçdi. 27 yaşında şəhidlik zirvəsinə qalxdı qısa ömür yaşadı lakin ləyaqətli ömür sürdü. İndi isə onun adına müxtəlif tədbirlər keçirilir, hər kəs onu fəxrlə xatırlayır. Elə bu yaxınlarda Ramizin qızı Arzu Bayramova atasının haqqında hazırladığı kitab işıq üzü görəcək.
 
BAKU.WS-in aznews.info-ya istinadla məlumatına görə, Arzu Bayramova Türkiyənin Hürriyət qəzetinə müsahibə verib:

-Arzu atanı necə xatırlayırsan?

Mənim atam şəhid olanda mən 10 aylıq olmuşam bu səbəbdən onunla bağlı xatirələrim yoxdur. Lakin ətrafımda anam, nənəm, qohumlarımız, atamı tanıyanların danışdıqları sayəsində onu görməsəmdə görmüş kimiyəm.

-Atan haqqında hazırladığın kitab hansı janrdadır?

Atam haqqında onun həyatı, yaşadıqlarından ibarət roman yazmışam bu yaxınlarda bu kitabım işıq üzü görəcək. Kitabın adı "Qısa ömrün yolları” adlanacaq. Bundan sonra isə yazdığım kitab film olaraq çəkiləcək.

-Səni içtimai sektordada fəal bir gənc kimi tanıyırıq bu vətənpərvərlik sənə atandan keçib?

Əslində hər bir vətəndaş, vətənini sevən şəxs vətənpərvər olmalıdır. Məndə vətənimi çox sevirəm və bu his mənə atam və ailəmdən keçib.

-Tanınmış ailənin övladı olmaq necə hisdir?

Düzünü desəm ailəm tanınmış ailədir atamın babası Musa Bayramov uzun illər neft sayəsində çalışıb keçmiş sosialist əməyi qəhrəmanıdır. Anamın atası isə Naxcıvanda müəllim olub o, kifayət qədər tanınan ziyalılardandır lakin bunlardan öncə mən fəxr edirəm ki, mənim atam qəhrəmandır və mən şəhid övladıyam.

-Ailəndə demək olar ki, hər kəs hərbiçi, polis, hüquqşunasdır sən niyə bu sahəni seçmədin?

Bəli ailədə sadaladığınız peşələrdə kifayət qədər yaxınlarım var əslində uşaqlıqda hərbiçi olmaq istəmişəm lakin sonradan marağım başqa sahəyə yarandı.

-Millət Vəkili olmaq istəyirsən və bu həvəs səndə hardan yaranıb?

İçtimai sektora maraq məndə ailəmin bu sahədə olmağından irəli gəlir. Bəli millət vəkili olmaq istəyirəm lakin bunun üçün hələ çox çalışmalıyam.

-Türkiyyə mətbuatı da atanla bağlı yazılar yayımladı bu zaman nə hislər yaşadın?

Bəli bu yaxınlarda Hürriyyət qazetində atamla bağlı yazı oldu. Təəbii ki, qürur duydum hər zamankı kimi və elə bunun üçündə çox çalışıram ki, atamı nəyinki Azərbaycan ölkəmizdən kənardada tanınsınlar.

-Arzu heç nə vaxtsa olub ki, istəmisən atan yanında olsun? 

Təəbii ki, istəmişəm bu hislərdə məndə olub. Belə deyim də biz qızlar üçün ata vazkeçilməz hisdir hətda onlar bizim ilk sevdiyimiz adam olur və bəzən biz onları həyatımızın qəhrəmanları adlandırırıq. Mənim üçündə atamı görməsəmdə o mənim ilk sevdiyim adamdır və o mənim üçün sözdə yox həyatda qəhramnımdır.

-Bilirsən ki, son günlərin mövzusu şəhid əsgər Çingizin nəşinin qaytarılması oldu buna münasibətin necədir?

Əslində bu hal mənə tanış bir haldır çünki, atam döyüşəndə 1996-cı ilə qədər itgin kimi sayılıb və bizim tərəf heç cürə atamın şəhid olmağına inana bilmirdi. Lakin əfsuslar olsun ki, erməni separatçıları atama çox böyük bir tələ qurmuşdular və o faciəvi şəkildə 1992-ci ildə mayın 7-8 nə keçən gecə Şuşada idarə etdiyi tankla pusquya düşərək şəhid olub. Ermənilər bizim ailəyə atamla bağlı heçnə demək istəmirdilər lakin ulu öndər Heydər Əliyev bu problemlə bağlı yaxından maraqlanmışdı və sonradan məlum olmuşdu ki, atam faicəvi şəkildə şəhid olub. Biz ermənilərdən atamın nəşini ala bilmədik ona görədə Çingizin nəşi qaytarılanda çox sevindim çünki, bu bəzən onun yaxınlarına sıxıntı və istrab kimi olur.

-Hal-hazırda Azərbaycanda olan yeniliklərdən nə söylərdin?

Hər bir gənc kimi bu yeniliklər məni sevindirir ulu öndər Heydər Əliyevin bir sözü var " Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” o bu sözü əbəs yerə söyləməyib doğurdanda fəxr edirəm ölkəmlə, bu gün Azərbaycan Respublikası 20 % torpağı işğal altında olsada müstəqildir ölkəmiz günü-gündən inkişaf edir. Azərbaycanın bu müstəqilliyini görəndə çox sevinirəm çünki, bu müstəqillik bizə atam və onun kimi qəhrəman oğullarımızın əmanətdir. 

-Film üçün hazırlıqlar gedir? 

Kitab artıq işıq üzü gördükdən sonra bəli film çəkilişlərinə başlanılacaq. İngilis və rus dillərində olacaq çünki, planımızda Gürcüstan, Moskva, Türkiyyə, Almaniyyada bu filmin nümayişin etməkdir. 

-Atan haqqında kitab yazmağa necə qərar verdin?

Ətrafımda çox insan onun yaşadıqlarından mənə danışırlar ələxsusda anam və dayılarım ona görədə qərara aldım ki, həmin xatirələri yazım.

-Kitab hansı dillərdə olacaq?

Kitabda azərbaycan, rus, ingilis, türk, alman dillərində artıq oda hazırdır önümüzdəki aylarda təqdimatı ediləcək.

-Demək olar ki, cəmiyyətdə aktiv və cəmiyyətə yararlı gənclərdənsən və bir çox layihələr edirsən bu yaxınlarda belə layihələrdə olacaq?

Bəli növbəti layihəm olacaq sırf bu layihə qızlarımızın təhsilə marağı ilə bağlı bir layihdir.

-Fəal bir gənc olaraq öz yaşıdlarına nə demək istərdin?

Demək istərdim ki, təhsilləri olsun, dünyagörüşlərini artırsınlar, müxtəlif layihələrə qatılsınlar cəmiyyətə yararlı bir gənc yetişsin ölkəmizdə.

-Atanın adı ilə bağlı fond yaradacaqsan bir az bu haqqda danışardın?

Bəli fond yaratmaq niyyətindəyəm və bu xeyriyyəçiliklə bağlı olacaq. Çünki, atam çox xeyriyyəçi biri olub o, hər kəsə yardım edən biri idi ona görə məndə istədim ki, bir fond yaransın və onun bu istəyi həyata keçsin. Ümumiyyətlə atam mənə bu adı qoyanda o belə bir söz işlədib ki, "qızım mənim arzum idi və aruzlarım reallaşacaq” məndə çalışıram ki, onun Arzusu olaraq istədikləri hər bir şeyi o olmasa belə həyatda edim. Lakin fondun adı atamın adı ilə bağlı olmayacaq. Fonda "Naran” adlanacaq.

-Bəs Naranın məsı nədir?

Naran atamın anamın və mənim adımın baş həriflərindən ibarətdir. Həmdə yunancadan tərcümədə uğur deməkdir. 

-Çox təşəkkürlər ki, dəyərli vaxtını bizə ayırdın.

Mən sizə təşəkkür edirəm ki, atamla bağlı xoş bir müsahibə yarandı. Çox minnətdaram. 
 
BAKU.WS