VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəzər TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlnan "Bizə Danış" verilişini bu dəfəki buraxılışında da maraqlı məqamlara toxunulub. 
 
BAKU.WS xəbər verir ki, verilişə kömək məqsədi ilə müraciət edən kişi ekspertlərin qəzəbinə tuş gəlib. Belə ki, bir qadınla qeyri-qanuni nikahda olan kişi həyat yoldaşını 21 gün ata evində qaldıqdan sonra onu qovub.
 
Buna səbəb kimi isə qadının başqa kişidən hamilə qaldığını iddia etməsi olub. Kişinin sözlərinə görə, 1 il 7 ay ərzində uşaqları olmayıb lakin qadın atası evində 21 gün qaldıqdan sonra gəlib deyib ki, hamilədir. Ər isə qadının sözlərinə inanmayıb və onu evdən qovub. 
 
Sonradan həmin qadını bağışlasa da hələ də uşağın ondan olduğuna inanmadığını və DNT analizi tələb etdiyini söyləyib. Verilişdə qınaq obyektinə çevrilən məqam isə onu həmin qadınla qeyri qanuni nikahda yaşaması, üstəgəl mənasız qısqanclıq etməsi və həyat yoldaşına inanmamsı olub. Bundan başqa aparıcı Xoşqədəm Hidayətqızı bəzi qadınları da tənqid edib. Aparıcı qeyri-qanuni nikahdan uşaqların doğulmasının əleyhinə olduğunu bildirib. 
 
"Əvvəllər bəzi qadınlar kişilərlə nikahsız yaşadıqda utandıqlarından insanların üzünə baxa bilmirdi. İndi gedib hansısa kişidən uşaq dünyaya gətirir və çəkinmədən deyir ki bu filankəsin uşağıdı. Biz azərbaycanlıyıq. Belə şeyləri tənqid etmək lazımdır".
 
Aynur Ələkbərova
BAKU.WS